Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisi kəsilib.
Artıq bir neçə saatdır xəstəxanada və yaxınlıqdakı küçələrdə elektrik enerjisi yoxdur.
Sakinlər bildirib ki, güclü ildırımdan sonra transformatorda qısapanma olub və fəsad yaranıb.
Qeyd edək ki, günorta saatlarından bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.
"Report"
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib