Azərbaycanın Fransadakı səfirliyi Monako Knyazlığı, Nitsa şəhəri, habelə ətraf ərazidə yaşayan vətəndaşlara konsulluq xidməti göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Parisdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Cari ilin 8 iyun tarixində Səfirliyimiz tərəfindən Monako Knyazlığında, Fransanın Nitsa şəhərində, eləcə də ətraf ərazilərdə yaşayan həmvətənlərimizlə görüş kecirilib və onlara səyyar konsulluq xidmətləri göstərilib”, – mətbuat xidmətinin sosial şəbəkədə paylaşdığı mətndə diqqətə çatdırılıb.
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib