Bakının Suraxanı rayonunda qadın sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, 1986-cı il təvəllüdlü Mustafayeva Lalə Firudin qızının idarə etdiyi avtomobil qarşıdan gələn digər nəqliyyat vasitəsilə toqquşub.
Hadisə zamanı xəsarət alan L.Mustafayeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və bədənin əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb