12 fevral 2016 14:17
917

Düşmən hücum etdi, 7 itki verdi

“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istindən xəbər verir ki, fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Məhərrəm Ağalaroğlu