12 iyun 2024 15:31
446

Paşinyan: Bir ay ərazində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq

Biz bir ay ərazində sülh sazişini imzalamağa hazırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib.

O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni olduqca yetkindir.

Paşinyan mətnə düzəlişlər edilə biləcəyini də vurğulayıb.