Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.
“İki sahil” AYNA-ya istinadla xəbər verır ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.
Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır