44 saylı Sumqayıt -Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçiciləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, sakinlər onları narahat edən mövzularla bağlı müxtəlif müraciətlər ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb. Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tıxlı kəndində keçirilən qəbulda Xızı rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov, həmçinin rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır