Azərbaycanda əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən xəbərə görə, 2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artıb.
Beləliklə, 2024-cü il may ayının 1-nə olan göstəriciyə əsasən, Azərbaycan əhalisinin sayı 10 193 571 nəfərə çatıb.
Ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir.
10 193 571 nəfərin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır