Ədliyyə Nazirliyində aparılan struktur dəyişikliyi ilə bağlı idarə rəisi sərəncama götürülüb.
Nazirliyin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.
Bununla əlaqədar İnsan resursları idarəsinin rəisi Rauf Məhərrəmov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.
İnsan resursları idarəsinin rəisi vəzifəsinin icrası Ələkbər Nəbiyevə həvalə edilib.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib