14 iyun 2024 19:10
142

Ekvador rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Ekvador hökuməti, xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Fürsətdən istifadə edərək, hökumətimin qarşılıqlı faydalı mövzular üzrə əməkdaşlıq layihələrinin həyata keçirilməsi yolu ilə ölkələrimız arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin davam etdirilməsi istəyini Sizə çatdırıram.

Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm”.