Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib.
Bu barədə “İki sahil”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: “Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib