14 iyun 2024 23:05
136

Ayxan Hacızadə ADA Universiteti və AIDA-nın birgə təşkil etdiyi proqramda iştirak edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ADA Universiteti və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkil etdiyi Qabaqcıl Xarici Xidmət Proqramında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə sözçü sosial şəbəkədə bildirib.

“ADA Universiteti və AID Azərbaycanın birgə təşkil etdiyi Qabaqcıl Xarici Xidmət Proqramına töhfə verməkdən məmnunam”, – o qeyd edib.