Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) məlumat yayıb.
Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək:
"Bu yerlərdən beşində həm kəsim, həm satış, ikisində qurbanlıq heyvanların satışı, birində isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər", - deyə məlumatda qeyd olunub.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib