Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bərabərlik hüququna həsr olunan “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə iştirak edən Ombudsman Aparatının əməkdaşı Yeganə Quliyeva ahıl şəxslərin hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.
Yekunda ahılların bərabərlik hüquqlarının müdafiəsi və ahıllara göstərilən dövlət qayğısı ilə bağlı məsələlər geniş formada müzakirə olunub, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb