15 iyun 2024 19:00
359

FHN: “Sədərək”də yanğın olub - söndürülüb

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.