16 iyun 2024 08:49
480

Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb

Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.

“İki sahil” xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

***

Azərbaycanda Qurban bayramı münasibətilə bayram namazı qılınır.

“İki sahil” xəbər verir ki,  bayram namazı "Əjdərbəy" məscidində saat 08.00-da qılınıb.

"Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə
uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.