17 iyun 2024 19:59
395

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Şəhriyar kəndində yardımçı tikilidə, Çomaxtur kəndində ot tayasında, Sədərək rayonunda isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

“İki sahil” AZƏRTAC-ın Naxçıvan bürosuna istinadla xəbər verir ki, məlumatlarla əlaqədar Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar söndürülüb və hadisənin daha geniş sahələrə yayılmasının qarşısı alınıb.