18 iyun 2024 01:27
335

N`Qolo Kante ən yaxşı seçildi

Futbol üzrə 2024-cü il Avropa çempionatının 1-ci turu çərçivəsində keçirilən Avstriya – Fransa oyunun (0-1) ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın ən yaxşısı N`Qolo Kante seçilib.

UEFA-nın Texniki Müşahidə Şurası qeyd edib: "O, çoxlu top qazandı, meydanın ortasında Avstriyanın qarşısını kəsdi və irəliyə doğru bir neçə yaxşı ötürmə etdi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”