18 iyun 2024 11:40
443

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, iyunun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.