Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.
“İki sahil” xəbər verir ki, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.
Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb