19 iyun 2024 08:15
406

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Əsgərov Tural Elşən oğlu və həmyaşıdı Aybəniz Quliyeva xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.