19 iyun 2024 15:48
391

Bakıda doğum evinin yaxınlığında yanğın məhdudlaşdırılıb -  YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kv. m sahədə taxta və məişət tulantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

“İki sahil” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.