19 iyun 2024 15:52
513

Cəlilabadda su hövzəsində iki nəfər boğulub - YENİLƏNİB

Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Cəlilabad rayon sakinləri su hövzəsində çimərkən boğularaq ölüblər.

“İki sahil” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində baş verib.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların kimliyi dəqiqləşdirilir.