19 iyun 2024 22:02
476

Füzuli-Ağdam yolunda qəza, ölənlər var

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.