19 iyun 2024 23:51
441

Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var

Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Slavyanka kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.