20 iyun 2024 10:01
344

Kürdəmirdə kişi həmkəndilisini güllələyib

Kürdəmir rayonu Carıl kəndində güllənmə hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, kənd sakini Xalid Abdullayev həmkəndlisi Rüstəm Məmmədovu şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı öv tüfəngi ilə güllələyib.

Faktla bağlı araşdırma aparılır.