20 iyun 2024 14:19
387

Komitə sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 25-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, qəbul saat 11:00-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.