20 iyun 2024 15:53
344

Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub

Bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.

“İki sahil” xəbər verir ki, 15.06.2024-19.06.2024-cü il tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya olunub.

Çağırışların sayı ən çox 17.06.2024-cü il tarixində (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.

Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.