Abşeron rayonu Masazır qəsəbəsində bir həmvətənlisini öldürməkdə, birini isə yaralamaqda şübhəli bilinən Pakistan vətəndaşı Asad Shabbir Ahmadin məhkəməsi başlayır.
“İki sahil” xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.
Baş Prokurorluğun məlumatına görə, Pakistan vətəndaşı Asad Shabbir Ahmad Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməkdə şübhəli bilinib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT