Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.
“İki sahil” xəbər verir ki, hadisə Biləsuvar şəhəri, M.P.Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.
Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT