25 iyun 2024 18:16
450

Qobustanın Sündü kəndinə dolu düşüb

İyunun 25-i saat 17:30-a olan məlumata əsasən Qobustan rayonu Sündü kəndinə saat 17:11 radələrində güclü leysan yağışla bərabər diametri 15 mm olan dolu düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.