Sabah Cəlilabadın mərkəzinin bir hissəsində və 10 kəndində qazın verilişi dayandırılacaq.
“İki sahil” xəbər verir ki, Abdullu kəndi istiqamətində müxtəlif diametrli, uzunluğu 24 000 metr olan orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə Cəlilabad şəhəri Cavadxan, Ə.Cavad, Səttarxan-3, N.Tusi, N.Zeynalova küçələri və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı, Zopun, Cəfərli, Həsənli, Çünəxanlı kəndləri olmaqla ümumilikdə 3 500 abonentin qaz təchizatının sabah saat 09:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT