26 iyun 2024 08:55
445

Avtomobil 37 yaşlı qadını vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Kərimova Aytən Balakişi qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.