Bakının Xəzər rayonun Buzovna qəsəbəsində evə basqın edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT