26 iyun 2024 19:09
167

Xırdalanda beşmərtəbəli binada mənzil yanıb

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümümi sahəsi 80 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın və dəhlizin lambirdən ibarət tavanı 27 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.