Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.
“İki sahil” Fövqəladə Hallar Nazirliyinin (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.
Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır