Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır