27 iyun 2024 10:53
404

MDSS hesabına verilən müavinətlər üzrə 69,4 milyon manat ödənilib

2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 69,4 mln. manat vəsait ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan "İki sahil"ə verilən xəbərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 mln. manat və ya 8,4% çox vəsait xərclənib.