Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı beynəlxalq forum keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, forumun əsas məqsədi tullantıların “qapalı zəncir"lə idarə olunmasının təşviqidir: "Bunun üçün beynəlxalq təcrübədən də istifadə olunur. Bizim əsas prioritetlərimizdən biri “yaşıl iqtisadiyyat”a keçidlə bağlıdır. Tullantılardan yeni məhsulun alınması əsas məqsədlərdəndir. Bunun üçün regionlarda da tədbirlərin təşkili lazımdır”.
Forum iki gün davam edəcək, sonda “Sıfır tullantı: Bakı təşəbbüsü” sənədi qəbul olunacaq.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır