Bugünkü müasir texnologiyalar bizə bütün tullantıların yenidən istifadəsinə şərait yaradır.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı beynəlxalq forumda çıxışı zamanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib.
O bildirib ki, hər kəs bu məsələdə öz məsuliyyətini dərk etməlidir: “Azərbaycan hökumətinin qarşısında böyük öhdəlik durur. BMT ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq davam edir. Bizim tövsiyə və təkliflərimiz Azərbaycanda tullantıların idarə olunmasına keçidi təmin edəcək”.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır