Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.
“İki sahil” Axşam.az-a istinadla xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.
Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:
“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO