28 iyun 2024 13:57
399

Laçında hind filmi çəkiləcək

Laçında hind filminin çəkilişlərinə başlanılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, filmin bir hissəsi hindistanlı rejissor Amil Amalın rəhbərliyi ilə artıq başqa rayonda çəkilib. Növbəti çəkilişlər isə Laçında aparılacaq.