28 iyun 2024 16:13
391

Şuşada keçirilməsi gözlənilən Zirvə görüşü müzakirə edilib

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev iyunun 28-də Qırğızıstanda bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, tərəflər TDT-nin Şuşada keçirilməsi gözlənilən qeyri-rəsmi Zirvə görüşünü müzakirə ediblər.

TDT-yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar haqqında Baş katibə məlumat verilib.

Tərəflər strateji əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıblar.