04 iyul 2024 15:11
651

YAP Xəzər rayon təşkilatında gənclərlə görüş - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında gənclərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, partiyanın rayon təşkilatının məsləhətçiləri Aida Əliyeva, Siyasət Həsənov, Kamran Mustafayev, Nəzrin Bayramova və partiyanın gənc fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirirlər: “Bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir”.

Partiyanın rayon təşkilatının məsləhətçiləri Aida Əliyeva, Siyasət Həsənov, Kamran Mustafayev, Nəzrin Bayramova çıxışlarında  gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıblar ki, YAP-ın gənc fəalları sosial şəbəkələrdə Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verirlər.

Daha sonra görüş diskusiya şəklində davam edib.

Görüşün sonunda YAP Xəzər rayon təşkilatının sədr müavini  Şəfayət Nənəcanov gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.