04 iyul 2024 16:25
482

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə rekord müraciət

Avqustun 1-7-də Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə ötən illərlə müqayisədə rekord həddə müraciət qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, düşərgədə iştirak üçün 60-dan çox ölkədən diaspor nümayəndələrinin və Azərbaycana dost münasibəti bəsləyən gənclərin müraciəti daxil olub.

Hazırda Düşərgədə iştirak edəcək gənclərin seçim prosesi gedir.

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu bir tərəfdən layihənin nüfuzunun artmasının, digər tərəfdən xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək istəyinin nəticəsidir.

Xatırladaq ki, bu günədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub.