Rusiyanın Ryazan vilayətində baş verən yol qəzasında 5 nəfər ölüb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. “İyulun 6-da saat 22:30-da Ryazan vilayətinin Ryajski rayonu ərazisində R-22 Xəzər magistralının 331-ci kilometrliyində “Chevrolet Niva” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub. Onlardan biri azyaşlıdır", - məlumatda deyilir. Qeyd olunur ki, daha bir azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.
Hazırda polis əməkdaşları hadisənin bütün səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırma aparır.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub