Azərbaycanda “yaşıl enerji”yə keçid bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
“İstənilən siyasi qərar bu keçidin istiqamətinə və sürətinə təsir edəcək. Bu baxımdan hər şey razılaşdırılmalı, bütün maraqlı tərəflər bu məqsədə çatmaq üçün öz fəaliyyətlərini əlaqələndirməlidirlər”, - R.Nəcəf vurğulayıb.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb