08 iyul 2024 11:52
409

Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəlilər saxlanılıb

Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində “BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələr sökülərək oğurlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.