09 iyul 2024 21:36
429

Bu rayonlarda internetin işində yaranan problem həll olunub

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində yaranan problem həll olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq internetdən normal istifadə etmək mümkündür.

Qeyd edək ki, bu gün hər iki rayon ərazisində 8 saat ərzində internetdən istifadə etmək çətinləşib.