SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Bacı-qardaş günü” (Siblings Day) keçirilib. Həm maarifləndirici, həm də əyləndirici xarakter daşıyan tədbir İngilis Dili və Humanitar Fənlər Mərkəzinin heyəti tərəfindən təşkil olunub.
“İki sahil” xəbər verir ki, burada tələbələrin məktəbli bacı-qardaşları da iştirak edib.
Hazırlanmış stendlər qonaqların böyük marağına səbəb olub. Öz dünya görüşlərini artırmaqla yanaşı, müxtəlif əyləncəli oyunlar oynayıb hədiyyə qazanıblar.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb